ATICILIQ KURSLARI


Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

- Atıcılıq kursuna Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, cinayət məsuliyyətinə cəlb edilməyən, sosial mənşəyindən, yaşayış yerindən və cinsindən asılı olmayaraq Azərbaycan Respublikasının sağlam vətəndaşları (kişi və qadın cinsli) cəlb edilir;

- 10 yaşınadək uşaqlar kursa qəbul edilmir;

- 10 yaşından 18 yaşına qədər olan vətəndaşların atıcılıq kursuna qəbulu yalnız onların valideyinlərindən birinin və ya himayəçisinin icazəsi ilə həyata keçirilir;

- Atıcılıq kursuna qeydiyyat vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd üzrə aparılır. Bu zaman tərcümeyi-hal və 2 ədəd 3x4 sm. ölçüdə fotoşəkil tələb edilir. Fərdi söhbətlər aparılır və uyğun şəxslər seçilərək kurslara cəlb edilir. Bundan sonra kursa qəbul olunmuş kişi və qadın cinsli vətəndaş dinləyici adlanır. Bütün şəxslər şəxsi imzası altında kurs müddətində təhlükəsizlik, hüquq, etik və silahla davranış qaydaları tədbirlərinə dair təlimat keçirlər;

- sərxoşluq (narkotik vasitələr, psixotrop maddələr qəbul etmiş və s.) vəziyyətində olan şəxslər dərslərə buraxılmır və kursdan xaric edilir;

- dərslər otuz nəfərə qədər olan qrup halında və beş nəfərlik fərdi hazırlıq şəklində təşkil edilir;

- bir aylıq kurs proqramına uyğun olaraq paketə daxildir: nəzəri biliklərlə yanaşı təcrübi təlimlər, silahdan təhlükəsiz davranış, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə pnevmatik silahlardan (atış simulyatorunda) və 5,6 mm kalibrli, kiçik çaplı TOZ-8 tüfəngindən praktiki sərrast atış, dəqiq nişanalma və digər təməl bacarıqları;

- dinləyici intizamsızlığa görə və dərsdə davranış qaydalarını pozduğu təqdirdə kursdan kənarlaşdırıla bilər;

- üzrlü səbəb (xəstələnməsi, yaxın qohumunun vəfat etməsi) olmadan kursun 20 faizində iştirak etməyən dinləyicilər kursdan xaric edilir;

- dinləyicilər üzrlü səbəbdən dərsə gəlmədikdə, buraxılan hər bir dərs saatı üçün kalkulyasiyaya uyğun olaraq əlavə ödəniş etməklə buraxılmış dərsləri keçə bilərlər. Buraxılmış dərsləri bərpa etməyən dinləyicilərə sertifikat verilmir;

- yalnız kursun proqramını tam keçən şəxslərə sertifikat verilir;

- dinləyici kursdan yarımçıq imtina etdikdə bu zaman təhsil haqqı geri qaytarılmır;

- Atıcılıq kursunu müvəffəqiyyətlə başa vurmuş dinləyicilər sertifikatla təmin edilir.



30 nəfərdən ibarət Atıcılıq kursunda hazırlıq üçün təhsil haqqı – 52 manat 35 qəpik

5 nəfərdən ibarət Atıcılıq kursunda fərdi hazırlıq üçün təhsil haqqı – 72 manat 70 qəpik





Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99

tel: + 99412 597 25 88

mob: + 99455 409 02 82

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa