Tarixdə səfərbərlik


Şimali Azərbaycan tarixində səfərbərlik ilk dəfə Cümhuriyyət dövrünə olub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Tiflisdə elan olunub və daha sonra Gəncəyə köçürülüb. 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunması ilə milli dövlət quruculuğu prosesi geniş vüsət aldı. Həmin dövrdə Şərqdə ilk parlamentin yaradılması, hökumətin formalaşdırılması, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, milli himnimizin, gerbimizin, bayrağımızın yaradılması, ana dilimizin tətbiq edilməsi, ordu quruculuğu və təhlükəsizliyin müəyyən olunması sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyət dövründə milli ordu quruculuğu prosesi geniş vüsət alıb. Ordu quruculuğu və səfərbərlik istiqamətində addımlar atılıb. Bütün sahələrdə olduğu kimi artıq hərbi çağırış və səfərbərliyin də əsası həmin dövrdə qoyulub. Fətəli Xan Xoyskinin əmri ilə bu sahə ilə bağlı qurum yaradılıb. O dövrdə sərhədlərimizin müəyyənləşməsi, dilimizin, bayrağımızın elan olunması, ordu quruculuğu, hərbi xidmət və səfərbərlik sahəsində atılan mühüm addımlar ölkəmizin sonrakı inkişafında böyük rola malik olub. Əsası məhz Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik  sistemi də ötən 100 ildə şərəfli yol keçərək bu günümüzə gəlib çatmışdır. Xalq Cümhuriyyəti dövründə qısa müddətdə vətəndaşların orduya çağırışı, vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atılmış, öz dövrünə görə yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradılmışdır. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunmağa başladılar. Daha sonra 1894-95 illərdə doğulmuş və islam dininə mənsub gənclərin xidmətə çağırılması barədə qərar qəbul edilmişdir. Hökumətin 55 saylı qərarı ilə Yelizavetpol əxzi-əsgər (hərbi çağırış) idarəsi Azərbaycan Əxzi-əsgər idarəsi adlandırılmış və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirilmişdir

Ordu quruculuğu bu gün də uğurla davam etdirilir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. 1994-cü ildə atəşkəsin elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi üçün vaxt qazandırdı. Azərbaycan mühüm beynəlxalq tərəfdaşlıq platformalarına inteqrasiya etdi. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa