Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir

 

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin…

Tarix: 2018-11-05 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir

 

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında vətənpərvərlik mövzusunda yazı müsabiqəsi elan edir.

 

Müsabiqənin şərtləri:

 

1.  Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

2. Müsabiqəyə 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq.

3. Hər bir iştirakçı müsabiqəyə 1 yazı təqdim edə bilər.

4. Yazılar 3 min işarədən çox olmamalıdır.  

5. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı və SHXÇDX-nin 7 il ərzində gördüyü işlər işıqlandırılmalıdır.

6. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər.

7. Müsabiqə üçün yazılar 2018-cı ilin dekabr ayının 10-dək elektron formada (yazının linki əlavə edilməklə) info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü, çalışdığı media orqanı haqqında məlumatları və əlaqə nömrələrini göstərməsi zəruridir.

8. Yazılar dərc olunarkən “Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının  7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur” qeydinin olması zəruridir.

 

                                         Qaliblərin mükafatlandırılması:

 

I yer - 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

 

Həvəsləndirici mükafatlar (10 mükafat) – 100 manat

 

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

 

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası

Əlaqə telefonları:  (012) 493-06-52

 

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa