Xocalı qətliamı qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb

Xocalı qətliamı qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

SHXÇDX rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev…

Tarix: 2019-02-25 16:31:28

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

SHXÇDX rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev bildirib ki, ən qəddar, dəhşətli, kütləvi terror aktlarından biri hesab olunan Xocalı faciəsi zamanı erməni silahlı birləşmələri və 366-cı motoatıcı alayın şəxsi heyəti tərəfindən 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirilməsi xalqımızın qan yaddaşında əbədi qalacaqdır. Qeyd edib ki, mülki insanların, qocaların, qadınların, xəstələrin, uşaqların, bütöv ailələrin dəhşətli işgəncələrlə məhv edilməsi mənfur erməni xislətinin nəticəsi, bütövlükdə Azərbaycana qarşı yönəlmiş düşmənçilik və terror aktıdır.

Xocalı sakini, şəhərin hava limanının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş Nazim Hüseynov faciə baş verən ərəfədə və fevralın 25-dən 26-a keçən gecə aparılan qanlı döyüşlərdən, bütöv bir şəhərin yerlə-yeksan edilməsindən, xocalıların insanlığa sığmayan vəhşiliklərlə kütləvi şəkildə qırğına məruz qaldıqlarından  danışıb. O, Xocalı hava limanını kiçik bir qrupun müdafiə etdiyini, tam təchiz olunmuş düşmən qüvvələrinə qarşı qəhrəmanlıqla vuruşan əsgərlərimizin rəşadətini və şəhid olmağı təslim olmaqdan üstün tutduqlarını qeyd edib. Keçmiş döyüşçü erməni silahlılarının mühasirədən çıxmağa çalışan mülki əhalini əsas istiqamətlərdə, əvvəlcədən hazırladıqları postlarda qarşılayaraq ən ağır işgəncələrlə qətlə yetirdiklərini vurğulayıb.

Tədbirdə Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmağın, faciə qurbanlarının xatirəsini yad etməyin, erməni vandalizminin mahiyyətinin, onların iç üzünü açmağın vacib olduğu vurğulanıb və bu istiqamətdə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərə diqqət çəkilib. Erməni vəhşiliklərinin cavabsız qalmayacağı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək öz torpaqlarını işğaldan azad edəcəyi və işğalçıların layiqli cavablarını alacaqları, tarixin məhkəməsinin qaçılmaz olduğu bildirilib.

Daha sonra “Xocalıda sonuncu fevral” sənədli filmi nümayiş etdirilib.

SHXÇDX-də Xocalı soyqırımına həsr olunmuş fotosərgi hazırlanıb.

Həmçinin Xidmətin yerli idarə, şöbə və bölmələrində də Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa