Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Göyçayda vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Göyçayda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə…

Tarix: 2019-03-14 13:54:25

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov martın 14-də Göyçay, Yevlax, Bərdə, Tərtər, Zərdab, Ağdaş və Ucar  rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən  həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin mü­əy­yən­ləş­dirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi,  veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub. Xidmət rəisi vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll edilib, Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda 33 vətəndaş iştirak edib.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa