Bakı Konqres Mərkəzində "Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub

Bakı Konqres Mərkəzində "Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub

Aprelin 3-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə…

Tarix: 2019-04-04 11:38:30

Aprelin 3-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərinin qəhrəmanlarından biri, polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə deyib: “2016-cı il Aprel döyüşlərinin qəhrəmanları Qarabağ müharibəsində Vətən uğrunda şəhid olmuş Allahverdi Bağırov, Əliyar Əliyev, Şirin Mirzəyev və Fred Asif kimi Vətən müdafiəçilərinin layiqli varisləri idilər. Bugünkü nəsil isə Murad Mirzəyev, Pəncəli Teymurov, Samid İmanov, Raquf Orucov, Elnur Əliyev, Təbriz Musazadə kimi cəsur döyüşçülərin davamçısı olacaqlar. Nə qədər ki, belə vətənpərvər və cəsur nəsil yetişəcək, o qədər də Azərbaycan yaşayacaq”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək Aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı qələbəsindən, əsgərlərimizin qəhrəmanlığından, işğal altındakı torpaqlarımızın bir hissəsini azad etməsindən, indi həmin ərazilərdə Azərbaycan bayrağının vüqarla dalğalandığından danışıb. Azərbaycan əsgərinin haqq işi uğrunda mübarizə apardığını vurğulayan Ü.Mehdiyev deyib: “Haqq bizim tərəfimizdədir və nə olur-olsun, necə olur-olsun, biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel döyüşləri göstərdi ki, xalqımız, dövlətimiz mütləq bu qələbəyə nail olacaq”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Aprel döyüşlərinin Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm qələbəsi kimi tarixə düşdüyünü diqqətə çatdıraraq deyib: "Aprel zəfərində erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Doğrudur bu, hələ genişmiqyaslı müharibə yox, əks-həmlə döyüşləri, təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab zərbələri idi. Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı ilin aprelin əvvəllərində törədilən təxribata qəhrəman ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən mühüm  əhəmiyyətli Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi və ona yaxın digər ərazilərimizin təhlükəsizliyinin təmin edilməsindən üç il keçir. 2016-cı ilin aprelinin ilk günləri Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq Silahlı Qüvvələrimizin şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Aprel zəfəri sübut etdi ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan əsgəri istənilən Böyük Qələbəni qazanmağa qadirdi. Aprel döyüşləri dövlətimizin gücünü, Silahlı Qüvvələrimizin qüdrətini, peşəkarlığını, əsgər və zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür fədakarlığa hazır olduqlarını göstərən, hərb tariximizin şanlı Qələbəsi idi".

General-leytenant A.Rəhimov bildirib ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə yola salınan hər bir gəncin ən ümdə arzusu belə igid oğullar kimi düşməni məhv etmək, Vətən və zəfər uğrunda qəhrəman olmaqdır. Bu da deməyə əsas verir ki, aprel döyüşlərindəki qələbələr Azərbaycan Ordusunun düşmən üzərində böyük zəfərinin başlanğıcıdır.Hələ bu zəfərlərin davamı qarşıdadır.

Xdmət rəisi dövlətimizin başçısının Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə daim diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında Aprel döyüşlərinin ölkəmizin hərb tarixində şanlı səhifə olduğunu, xalq və ordu birliyinin təcəssümünə çevrildiyini qeyd edib. O, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, həmçinin bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” aksiyası çərçivəsində hazırlanan və şəhidlərin ailə üzvlərinin xatirələrinin əks olunduğu videomateriallar nümayiş etdirilib.

Tədbir incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı