Saatlıda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

Saatlıda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Saatlıda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlayıb.

Aprelin 9-da Saatlıdakı Gənclər Mərkəzində rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə təntənəli yola…

Tarix: 2019-04-09 17:24:48

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Saatlıda da gənclərin müddətli həqiqi hərbi xidmətə çağırışı başlayıb.

Aprelin 9-da Saatlıdakı Gənclər Mərkəzində rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınması mərasimi olub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Saatlı rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Yolasalma mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elmdar Naibov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçılar, onların valideynlərini və yaxınlarını təbrik edərək, hərb quruculuğu prosesində qazanılmış uğurlardan danışıb.

Çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini bildirən şöbə rəisi bu gün hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.

Tədbirdə bildirilib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, Silahlı Qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyi və bu gün regionun ən güclü ordusuna çevrildiyi vurğulanıb.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Reyhan Ocaqova, valideynlər və digər çıxış edənlər çağırışçı gənclərə xoş arzularını çatdırıblar.

Çıxışlarda diqqətə çatdırılıb ki, sabitlik və dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Qeyd edilib ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub.

Çağırışçılar Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni şərəflə yerinə yetirəcəklərinə söz veriblər.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa