Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi və müavinləri Quba, Xaçmaz və Siyəzəndə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi və müavinləri Quba, Xaçmaz və Siyəzəndə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 may 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi,…

Tarix: 2019-04-29 17:42:23

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 may 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Qubada Qusar və Quba  rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Elə həmin gün  saat 10:00-da Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev  tərəfindən Siyəzəndə Xızı və Siyəzən rayonlarından, saat 11:00-da isə Xidmət rəisinin müavini,  general-mayor Mayıl Şahverdiyev tərəfindən Xaçmazda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu təşkil olunacaq.

Qəbula yazılmaq istəyən vətəndaşların 13 may 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa