Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var

Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var

Azərbaycan xalqı faşizm üzərindəki tarixi Qələbəyə böyük töhfə verib. Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var.

Bu fikirlər mayın 2-də Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə…

Tarix: 2019-05-03 10:16:46

Azərbaycan xalqı faşizm üzərindəki tarixi Qələbəyə böyük töhfə verib. Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var.

Bu fikirlər mayın 2-də Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyevin İkinci Dünya müharibəsi veteranlarının bir qrupu ilə görüşündə səsləndirilib.

Əvvəlcə Böyük Vətən müharibəsində və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, dövlət orqanları veteranlarla daim görüşlər keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də veteranlara daim diqqət və qayğı göstərir. Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin xüsusi əhəmiyyəti var.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsini qeyd edib. O, bu müharibədə yüz minlərlə azərbaycanlının canından keçdiyini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini xüsusi vurğulayıb.

Alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edən Mayıl Şahverdiyev onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb.

General-mayor Mayıl Şahverdiyev Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim edib.

Sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələri təqdim olunub.

Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib, Azərbaycan dövlətinin veteranlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa