Şikayət etmə vasitələri
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan dövlət xidmətləri üzrə məsələlərlə bağlı vətəndaşlar aşağıdakı şikayət etmə vasitələri ilə Xidmətə müraciət edə bilərlər:
9100 “Çağrı mərkəzi”nə zəng etməklə
Həftənin iş günləri saat 9.00-dan 18.00-dək zəng edərək;
Elektron qaydada
Xidmətin “Elektron müraciət” alt-bölməsi
(https://www.exidmet.seferberlik.gov.az/UnregisteredApplication/Create)
vasitəsilə elektron müraciət göndərərək;
Məktub yazmaqla
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə poçt vasitəsilə AZ-1000 , Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30 ünvanına məktub göndərərək;
Qəbulda olmaqla
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin, rəis müavinlərinin(http://www.seferberlik.gov.az/az/menu/detail/247), yerli idarə, şöbə və bölmə rəislərinin qəbulunda olmaqla.