“Vətən bizə əmanətdir!” gənclər üçün yay düşərgəsi başa çatıb

“Vətən bizə əmanətdir!” gənclər üçün yay düşərgəsi başa çatıb

Avqust ayının 21-dən başlayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Gənclər Fondunun və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən bizə əmanətdir” gənclər üçün yay istirahət düşərgəsi…

Tarix: 2019-08-27 10:40:29

Avqust ayının 21-dən başlayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Gənclər Fondunun və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən bizə əmanətdir” gənclər üçün yay istirahət düşərgəsi yekunlaşmışdır. Gənc nəslin milli ruhda tərbiyə edilməsi, gələcək hərbi xidmətə hazırlanması məqsədilə Quba rayonunda təşkil edilmiş düşərgə avqust ayının 21-dən 26-dək davam edib. Qarabağ müharibəsi, 20 Yanvar veteran və şəhidlərinin ailələrindən olan 100 nəfər məktəblinin qatıldığı düşərgədə iştirakçılar üçün  hərbi xidmət dövrü ilə uyğunlaşdırılmış günün nizam qaydaları əsasında müxtəlif təlimlər, məşğələlər  keçirilib. Quba və Qusar rayonlarında yerləşən hərbi hissələrə baş çəkən düşərgə iştirakçıları ərazi ilə tanış olub, hərbi xidmətlə bağlı ilkin məlumatlar öyrəniblər. Düşərgənin sonuncu günü bağlanış mərasimi təşkil olunub.

Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev  belə düşərgələrin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların hərbi xidmətə hazırlanması işinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.  Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış Azərbaycan Silahlı Qüvvələrinin bugün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında regionun ən qüdrətli ordusu səviyyəsinə yüksəldiyini qeyd edib.      

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov düşərgənin məktəblilərin xatirəsində silinməz izlər qoyacağına əminliyini ifadə edib, vətənpərvər ruhda tərbiyə olunmuş gənclərin ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu bildirib.

Azərbaycan Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov gənclər siyasəti sahəsində həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat verib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət və Azərbaycan Gənclər Fondu ilə birgə əməkdaşlığın nəticəsi olaraq reallaşmış ilk düşərgənin qarşıya qoyulmuş məqsədlərə nail olmaq baxımından müvəffəqiyyətlə yekunlaşdığını deyib.

 Sonda düşərgədə fərqlənmiş məktəblilərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Gənclər Fondunun diplomları təqdim olunub.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı