Gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri davam edir

Gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri davam edir

Oktyabrın 3-də Cəlilabad və Yevlax rayonlarında çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Tədbirlərdə rayonların rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)…

Tarix: 2019-10-03 17:21:32

Oktyabrın 3-də Cəlilabad və Yevlax rayonlarında çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Tədbirlərdə rayonların rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbələrinin şəxsi heyəti, hüquq mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.

Yevlax rayonunda keçirilən mərasimin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, ölkəmizdə hərbi sahəyə göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silah-sursatla təmin olunmasına, əsgərlərimizin mənəvi-psixoloji hazırlığına, onların döyüş ruhunun yüksəldilməsinə imkan verib.

SHXÇDX-nin Yevlax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, gənclərə vətənimizin, müstəqilliyimizin qorunmasında şərəfli xidmət arzulayıb.

Millət vəkili İlham Məmmədov çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb.

Çağırışçılar adından çıxış edən Osman Mahmudov öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarına söz verib.

Cəlilabadda keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib.

 SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Nəbiyev hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edərək, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xidmətlərindən danışıb. 

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, əsgər anası Yeganə Nuriyeva çıxışlarında Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıblar.

Konsert proqramı ilə davam edən tədbirlərin sonunda çağırışçı gənclər Dövlət bayrağımızı öpərək həqiqi hərbi xidmətə yola düşüblər.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı