Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Sabirabad və Şirvanda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Sabirabad və Şirvanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 yanvar 2020-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)…

Tarix: 2019-12-30 10:51:09

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 16 yanvar 2020-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Sabirabadda Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Elə həmin gün saat 11:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Şirvanda Şirvan, Hacıqabul, Kürdəmir şəhər və rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 14 yanvar 2020-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Ağstafa