Gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər

Gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin rayon və şəhərlərində çağırışçı gənclərin…

Tarix: 2020-01-07 16:09:45

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin rayon və şəhərlərində çağırışçı gənclərin təntənəli yolasalma mərasimləri keçirilir.

Tədbirlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Yanvarın 7-də Sabirabad rayonunda keçirilən tədbirin iştirakçıları və çağırışçılar əvvəlcə Sabirabad rayonunun Bayraq Meydanı Muzeyində Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.  

Yolasalma mərasiminin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksək olan Azərbaycan əsgərinin işğal altında olan ərazilərimizi hərb yolu ilə azad etmək gücünə malik olduğunu diqqətə çatdırıb.

SHXÇDX-nin Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesində qazanılan uğurlardan danışıb, hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz və cəsur əsgərləri olacaqlarına inam ifadə edib. 

Valideynlər adından çıxış edən Babacan Abdurəhmanov bu gün iftixar hissi ilə nəvəsini hərbi xidmətə yola saldığını bildirib.  Gənclərin böyük ruh yüksəkliyi ilə hərbi xidmətə getmələrindən qürur duyduğunu söyləyib. Çağırışçıların Vətənə layiqli əsgər olacaqlarına, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına əmin olduğunu deyib.

Qarabağ müharibəsi  veteranı Faiq Hüseynov gənclərə hərbin sirlərinə mükəmməl yiyələnməyi, komandir və rəislərin əmrlərinə dönmədən əməl etməyi və Azərbaycan Əsgəri kimi şərəfli adı həmişə uca tutmağı tövsiyə edib.

Çağırışçılar adından danışan Musa Ağammədov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi şərəfli bir missiyanı layiqincə yerinə yetirəcəklərinə söz verib.

Mədəniyyət və incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim olunduqdan sonra gənclər  Azərbaycan bayrağına ehtiramlarını bildirərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı