Suraxanıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli yolasalma mərasimi keçirilib

Suraxanıda “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli yolasalma mərasimi keçirilib

Yanvarın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

Mərasim iştirakçıları və çağırışçılar…

Tarix: 2020-01-08 16:11:30

Yanvarın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.

Mərasim iştirakçıları və çağırışçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.

Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Suraxanı rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, müharibə veteranlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin və çağırışçıların valideynlərinin iştirakı ilə keçirilən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən xüsusi video-çarx təqdim olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan nizami ordunun formalaşdırılması prosesindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi hərb quruculuğunda qazanılan uğurları konkret faktlarla  diqqətə çatdırıb.

Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov  gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində müxtəlif proqramların icra edildiyini bildirib, təmsil etdiyi qurumun fəaliyyəti və reallaşdırılan layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Çağırışçı valideyni Zakir Kazımov əsgər atası olmağı ilə qürur duyduğunu söyləyib.

Çağırışçılar adından çıxış edən Rüfət Kazımov Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini deyib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestri və bədii kollektivinin, vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının və rayonun 118 nömrəli tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.

Sonda səhnəyə Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib və çağırışçılar bayrağı öpərək təntənəli marşın sədaları altında onlar üçün ayrılmış avtobusla təyin olunduqları hərbi hissələrə yola düşüblər.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı