Masallı rayonunda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

Masallı rayonunda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

Yanvarın 15-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin,  ziyalıların, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, Qarabağ qaziləri və valideynlərin …

Tarix: 2020-01-15 16:52:15

Yanvarın 15-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin,  ziyalıların, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, Qarabağ qaziləri və valideynlərin  iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə hərbi xidmətə yola salınıb.

Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Bayraq Meydanında keçirilən tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan söz açıb. Hər bir azərbaycan əsgər və zabitinin hərbin sirlərinə dərindən yiyələnərək şəhidlərimizin qisasını almaq üçün çalışmalı olduğunu vurğulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin hazırda regionun ən güclü ordusuna çevrildiyini diqqətə çatdırıb.

Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev Azərbaycan xalqının ordumuzun gücünə inandığını bildirib və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə edib, gənclərə öz tövsiyələrini verib.

Mərasimdə çıxış edən valideynlər hərbi xidmətə yollanan gənclərə Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzulayıb, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıblar.

Öz növbəsində çağırışçılar Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə dərindən yiyələnəcəklərini söyləyiblər.

Masallı Regional Mədəniyyət İdarəsi, şəhər Mədəniyyət Mərkəzi, Xalq Teatrının incəsənət ustalarının, “Halay” folklor ansamblının və Masallı Regional Dövlət Kollecinin tələbələrinin ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar və rəqslər ifa edilib, ədəbi-bədii kompozisiya göstərilib.  

Tədbirin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı