Qəbələdə hərbi xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanması mərasimi keçirilib

Qəbələdə hərbi xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanması mərasimi keçirilib

Yanvarın 16-da Qəbələ rayonundan olan müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərin təntənəli qarşılanma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə…

Tarix: 2020-01-16 17:09:22

Yanvarın 16-da Qəbələ rayonundan olan müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərin təntənəli qarşılanma mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti, şəhid ailələri nümayəndələrinin, veteranlar, gənclərin və valideynlərin iştirak etdiyi  tədbirin iştirakçıları əvvəlcə  rayon mərkəzində ucaldılmış  Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbirdə SHXÇDX-nin Qəbələ rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Ağayev ehtiyata buraxılmış hərbi vəzifəliləri və onların ailə üzvlərini təbrik edərək gənclərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb.

Qəbələ rayon Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev, müharibə veteranı Mehdi Həmidov müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşdüyünü qeyd ediblər.

Ordu sıralarından ehtiyata buraxılan gənclər adından danışan Rahim Kərimov Vətən naminə hər an silaha sarılmağa, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildirib.

Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.

Sonra ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif hədiyyələr təqdim olunub.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı