Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə keçirilmiş hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə keçirilmiş hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə və  vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə gənclər arasında keçirilmiş hekayə müsabiqəsinin qaliblərinin Gənclər Günü  ərəfəsində mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə…

Tarix: 2020-02-03 13:04:26

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə və  vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə gənclər arasında keçirilmiş hekayə müsabiqəsinin qaliblərinin Gənclər Günü  ərəfəsində mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Gənclər Fondunun, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin nümayəndələrinin, media təmsilçilərinin iştirak etdiyi  tədbiri  Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev açaraq  Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İl­ham Əliyevin genişmiqyaslı islahatlarının tərkib hissəsi olaraq yaradılmış Sə­fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən 8 il ərzində keçdiyi inkişaf yolundan danışıb, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini diqqətə çatdırıb. Bildirib ki, gənclər arasında elan olunmuş müsabiqəyə çox böyük maraq Azərbaycan gəncliyində vətənpərvərlik duyğularının kifayət qədər yüksək olduğunun nümunəsidir.

Vurğulayıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8 illiyi münasibətilə keçirilmiş hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasiminin Gənclər Günü ərəfəsində keçirilməsi də rəmzi məna daşıyır. Xidmət rəisinin birinci müavini əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti yeni mərhələsini yaşayır.

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Gənclərin hərtərəfli inkişafı, onların cəmiyyətdə daha aktiv rol oynamaları, xaricdə təhsil almaları istiqamətində müxtəlif proqramların reallaşdırıldığını qeyd edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətənpərvərlik mövzusunda keçirilmiş müsabiqənin və belə bir müsabiqədə gənclərin kütləvi iştirakının əhəmiyyətini qeyd edib.

Münsiflər heyətinin sədri, mayor Füzuli İsmayılov bildirib ki,  müsabiqəyə 137 yazı daxil olub. Müsabiqənin elanında göstərilmiş tələblərə cavab verən 73 yazı qiymətləndirilmək üçün münsiflər heyətinin üzvlərinə təqdim edilib. Münsiflər heyəti tərəfindən müstəqil qiymətləndirmə aparılaraq ən yüksək bal toplayan 3 nəfər qalib elan olunub. Bununla yanaşı müsabiqəyə kifayət qədər maraqlı hekayə təqdim edən müəlliflərin də olduğunu nəzərə alaraq Xidmət 10 fərqləndirici mükafat təsis edib.

Daha sonra qaliblərin adları açıqlanıb.  Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Biləsuvar rayonu Çinarlı kənd tam orta məktəbinin şagirdi Fərzili Dilşad Elbrus qızı, 2-ci yerə Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli  tam orta məktəbin şagirdi Orucov Famil Faiq oğlu, 3-cü yerə isə Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdi Şahverdiyeva Səkinə Şahin qızı layiq görülüblər. Qaliblərə Xidmət tərəfindən müvafiq diplomlar və pul mükafatı təqdim edilib.

Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif olunublar.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktorunun birinci müavini Seyfəddin Hüseynli müsabiqə iştirakçılarına xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmət tərəfindən bir neçə il əvvəl keçirilmiş müsabiqədə qalib olmuş Oğuz rayon məktəblisi Şəbnəm Məcidli hekayə müsabiqəsi qaliblərini hazırladığı kompozisiya ilə təbrik edib.

Ağstafa