Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verilib

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Bu kompleks Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 18-ci mərkəzidir. Qeyd edək ki, bütün “ASAN xidmət” mərkəzlərində Səfərbərlik…

Tarix: 2020-03-06 10:23:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Bu kompleks Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 18-ci mərkəzidir. Qeyd edək ki, bütün “ASAN xidmət” mərkəzlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də öz xidmətlərini təqdim edir. Yeni istifadəyə verilən bu kompleks Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Tovuz “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Kompleksdə Hərbi Vətənpərvərlik Mərkəzi istifadəyə verilib. Mərkəz barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz rayon şöbəsinin  rəisi, mayor Ceyhun Əliyev məlumat verib. Qeyd edək ki, Hərbi Vətənpərvərlik Mərkəzi gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrinə imkan verəcək. Burada gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində iştirak edə biləcəklər. Bu mərkəzin “ASAN xidmət”də yerləşdirilməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradacaq.

Ağstafa