Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elan etdiyi müsabiqədə 26 layihə qalib olub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elan etdiyi müsabiqədə 26 layihə qalib olub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birgə həyata keçirdiyi 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Qeyri-Hökumət…

Tarix: 2020-03-06 10:36:25

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birgə həyata keçirdiyi 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və 26 tərəfdaş qurumun birgə təşkil etdikləri qrant müsabiqələrinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.  

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qrant müsabiqələrinə layihə təklifi qəbulunun 2019-cu il noyabrın 20-dən dekabrın 30-dək dövrü əhatə etdiyini bildirib. İcraçı direktor müsabiqə ilə bağlı 25 məlumatlandırma görüşünün keçirildiyini deyib. 123 mövzunu əhatə edən 26 qrant müsabiqəsinə ümumilikdə 541 layihə təqdim olunduğunu bildirən F. Qurbanov onlardan 16-sının texniki seleksiyanı keçmədiyini qeyd edib: “525 layihə ekspertiza və vətəndaş qiymətləndirməsinə təqdim olunub. Layihələrin ekspertizasının aparılmasına 44 ekspert cəlb edilib. Onlardan 26-sı dövlət qurumlarının əməkdaşıdır, 18 şəxs isə müstəqil ekspertdir. Layihələr eyni zamanda 2020-ci il yanvarın 15-dən fevralın 15-dək vətəndaşlar tərəfindən də qiymətləndirilib. SƏLİS-in E-vətəndaş proqramında qeydiyyatdan keçən 14877 vətəndaş layihələrə 40206 rəy bildirib”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Füzuli İsmayılov qrant müsabiqəsinin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi ilə bağlı tədbirlərin əhatə dairəsinin genişləndirilməsi üçün səmərəli platforma olduğunu deyib. Bildirib ki, müsabiqədə “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği”, “Çağırışaqədərki vətəndaşların hərbi xidmətə hazırlanmasına dair təşəbbüslər” istiqamətləri üzrə  Şura tərəfindən 60 min manat büdcə ilə 8 layihənin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Lakin birgə qrant müsabiqəsinə  vətəndaş cəmiyyəti institutlarının marağı böyük olmuş,  30 layihə təqdim olunmuşdur. Layihələr prosedura uyğun olaraq qiymətləndirilmişdir. Müsabiqə elanında göstərilən meyarlara cavab verən, ekspert və vətəndaşlardan müsbət rəy alan 26 layihənin maliyyələşdirilməsi qərara alınmışdır. Belə olduğu təqdirdə müsabiqə fondunun məbləği 60 min manatdan 161 min manatadək artırılmışdır. Nəticədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elan edilmiş hərbi vətənpərvərlik təbliğatına və çağırışçıların hərbi xidmətə hazırlanması təşəbbüsünə 101 min manat əlavə vəsait ayrılmışdır.

Diqqətə çatdırılıb ki, Xidmət birgə əməkdaşlığı yüksək qiymətləndirir və layihələrin icrasında da vətəndaş cəmiyyəti institutlarına lazımi dəstək veriləcək.

ATICILIQ KURSLARI

Atıcılıq kursunda qeydiyyat və davranış qaydaları ilə ətraflı məlumat aşağıdakı kimidir

Ağstafa

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xəzər rayon idarəsi

Bakı şəh. Şüvəlan qəs. Ə.İldırım küç. 28 AZ-1044 (012), 454-42-75

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Binəqədi rayon idarəsi

Bakı şəh. Binəqədi qəs. 3-cü mədən AZ-1053 (012), 411-10-06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Xətai rayon idarəsi

Bakı şəh. A. Novruzov küç. 45 AZ-1074 (012), 424-84-51

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Qaradağ rayon idarəsi

Bakı şəh. Lökbatan qəs. S.Orucov küç. 15 AZ-1063 (012), 445-25-52

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nərimanov rayon idarəsi

Bakı şəh. Xətai pr. 5 AZ-1008 (012), 496-05-70

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nəsimi rayon idarəsi

Bakı şəh. Bakıxanov küç. 15 AZ-1065 (012), 594-88-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Nizami rayon idarəsi

Bakı şəh. Ə.Kürçaylı küç. 4A AZ-1119 (012), 374-85-08

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Sabunçu rayon idarəsi

Bakı şəh. İ.Aslanov küç. 12 a AZ-1034 (012), 450-15-85

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Səbail rayon idarəsi

Bakı şəh. Q.Abbasov küç. 62 AZ-1003 (012), 491-26-18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Suraxanı rayon idarəsi

Bakı şəh. A.Rzayev küç. 1 AZ-1042 (012), 452-48-37

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Bakı şəhəri, Yasamal rayon idarəsi

Bakı şəh. Nərimanov pr. 103 AZ-1006 (012), 510-56-68

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Kəpəz rayon şöbəsi

Gəncə şəh. M.Abbaszadə küç. 45 AZ-2000 (022), 256-93-76

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Gəncə şəhəri, Nizami rayon şöbəsi

Gəncə şəhəri, Nizami 10, döngə 13 AZ-2017 (022), 254-66-30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin

Naxçıvan Muxtar Respublikasının Aparatı