Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə aprel çağırışı mayın 31-dək uzadılıb

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə aprel çağırışı mayın 31-dək uzadılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında Azərbaycan Respublikasınının Qanununu imzalayıb.

Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci…

Tarix: 2020-04-02 15:52:02

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında Azərbaycan Respublikasınının Qanununu imzalayıb.

Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılıb.

Dövlət başçısının imzaladığı Sərəncamla “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli Sərəncamında edilmiş dəyişikliyə uyğun olaraq 2002-ci ildə doğulmuş və 2020-ci aprelin 30-dək 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il mayın 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Çağırışçıların hərbi hissələrə yola salınması 01 may 2020-ci il tarixindən planlaşdırılır.

 

Ağstafa