Şəhid ailələri ziyarət olunub

Şəhid ailələri ziyarət olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov…

Tarix: 2020-12-30 16:40:01

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov görüşdə qeyd edib ki, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanıb, işğal altında olan torpaqlarımız azad olunub. Böyük Zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğulları qəhrəmanlıqla vuruşub. Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı ifadə edilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin  dövlət qayğısı ilə əhatə olunduğu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığı bildirilib.

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən respublikanın şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib.

Ağstafa