Şəhid ailələri ziyarət olunub

Şəhid ailələri ziyarət olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub.

SHXÇDX-nin rəisi, general-polkovnik Arzu Rəhimov şəhid ailələri ilə görüşdə qeyd edib ki, ötən ilin…

Tarix: 2021-03-19 16:05:30

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbərliyi tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz Bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub.

SHXÇDX-nin rəisi, general-polkovnik Arzu Rəhimov şəhid ailələri ilə görüşdə qeyd edib ki, ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunmasını, şanlı qələbə qazanılmasını təmin edib.Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin  dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.

Prezident İlham Əliyevin şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində “Vətən müharibəsi” memorial kompleksinin və “Zəfər” muzeyinin yaradılması haqqında Sərəncamının, həmçinin yaralananların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə “YAŞAT” Fondunun yaradılması barədə Fərmanının şəhidlərə, qazilərə və onların ailələrinə xüsusi diqqətin göstəricisi olduğu ifadə edilib.

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailələrinin ziyarəti həyata keçirilib.

 

Ağstafa