Çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırılıblar

Çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırılıblar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə respublikanın bütün şəhər və rayonlarında təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə tədbirlər keçirilib.…
Tarix: 2021-10-05 16:06:17

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə respublikanın bütün şəhər və rayonlarında təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər bildiriblər ki, gəncləri mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlamaq vacibdir. Bu baxımdan "Çağırışaqədərki hazırlıq" fənni mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Çıxışlarda Vətən Müharibəsində öz şagirdləri ilə çiyin-çiyinə döyüşən müəllimlərin xidmətləri xüsusi qeyd olunub. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı möhtəşəm qələbədən sonra sülhün əbədiliyi üçün ordunun döyüş hazırlığının daimi təkmilləşdirilməsi baxımından müasir dövrün çağırışlarına uyğun olaraq çağırışaqədərki hazırlıq işlərinə daim diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Keçirilən tədbirlərdə “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində fərqlənən, həmçinin gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində səmərəli fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırılıblar.

Ağstafa