Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Gəncədə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 20 may 2022-ci il tarixdə, saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin…

Tarix: 2022-04-28 15:18:29

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 20 may 2022-ci il tarixdə, saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Şəmkir rayonlarından və Gəncə şəhərindən olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşların 17 may 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon  şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Ağstafa