SHXÇDX-nin əməkdaşları üçün təlim keçirilib

SHXÇDX-nin əməkdaşları üçün təlim keçirilib

Tarix: 2022-12-16 15:29:10

Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə Xidmətin hərbi qulluqçuları üçün “Korrupsiya hüquqpozmaları və bu hüquqpozmalara görə məsuliyyət”, “Etik davranış qaydaları və vətəndaş məmnunluğunun təmin olunmasında müasir yanaşmalar” mövzularında onlayn təlim keçirilib.

Təlimdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalar, etik davranış qaydaları və vətəndaş məmnunluğunun təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. Təlimçilər tərəfindən korrupsiya hüquqpozmaları zamanı qanunvericiliyə uyğun qərarların qəbulu, etik davranış qaydaları və sair məsələlər barədə ətraflı məlumat verilib, təlimin mövzularına dair konkret hadisələr dinləyicilər ilə birgə təhlil edilib. Sonda təqdim edilən mövzular ilə bağlı SHXÇDX-nin əməkdaşlarının sualları cavablandırılıb.

Ağstafa