Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edir

Tarix: 2019-09-02 09:21:33

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edilir.

 Müsabiqənin şərtləri: 

  1. Təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği,  gənclər arasında hərbi xidmətə çağırış ruhunun yüksəldilməsi və cəmiyyətdə səfərbərlik hazırlığının aşılanması istiqamətində olmalıdır;
  2. Müsabiqəyə təqdim olunmuş hekayə yeni əsər olmalı, əvvəllər heç bir yerdə çap edilməməlidir;
  3. Hər bir iştirakçı müsabiqəyə 1 hekayə təqdim edə bilər;
  4. Hekayənin həcmi 10000 (on min) işarəyədək (probellə) olmalıdır;
  5. Müsabiqəyə təqdim olunan hekayələr təbliğat, maarifləndirmə məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər;
  6. Müsabiqə üçün hekayələr 2019-cu ilin sentyabr ayının 2-dən 2019-cu ilin dekabr ayının 15-dək elektron formada info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı ünvan, iş yeri) və əlaqə nömrələrini göstərməsi zəruridir;
  7. Müsabiqədə 29 yaşadək gənclər iştirak edə bilər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.

Əlaqə telefonu:  493-06-52.

Ağstafa