Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sabirabadda vətəndaşları qəbul edəcək

Tarix: 2022-02-22 08:58:12


Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 4 mart 2022-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Sabirabadda İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşların 2 mart 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Ağstafa