Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 23 iyun 2022-ci il tarixdə, saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Şamaxıda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Xidmətin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı qəbula yazılmaq istəyən vətəndaşların 21 iyun 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.