Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 24 noyabr 2022-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Masallıda Biləsuvar, Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Qəbula yazılmaq istəyən vətəndaşların 22 noyabr 2022-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.