Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı yazı müsabiqəsi elan edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı yazı müsabiqəsi elan edir

Tarix: 2023-03-01 14:59:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə respublika orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı yazı müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.

2. Müsabiqəyə 2023-cü ilin mart ayının 1-dən aprel ayının 20-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına (pr@seferberlik.gov.az) təqdim olunmuş yazılar buraxılacaq.

3. Yazılar 5 min işarədən çox olmamalıdır.  

4. Təqdim olunan bütün yazılarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində və Silahlı Qüvvələrin formalaşdırılmasında rolu əksini tapmalıdır.

5. Müsabiqə üçün yazılar 2023-cü ilin aprel ayının 20-dək elektron formada pr@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı ünvan, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

6. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.

 

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun şərq hissəsində yerləşən Xidmətin Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin inzibati binası.

Əlaqə telefonu:  (+994 12) 493 79 14

Ağstafa