Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Respublika Hərbi Prokurorluğu ilə birgə tədbir keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Respublika Hərbi Prokurorluğu ilə birgə tədbir keçirib

Tarix: 2023-03-02 17:09:42

Respublika Hərbi Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən birgə hazırlanmış tədbirlər planına əsasən martın 1-dən Xidmətin bütün yerli baş idarə, idarə, şöbə və bölmələri əhatə olunmaqla toplantılar keçirilir.

Plana uyğun olaraq SHXÇDX-nin Aparatının və Hərbi Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə Bakı və Sumqayıt şəhərləri, həmçinin Sabirabad rayonunda keçirilmiş toplantılarda Xidmətin yerli struktur bölmələrinin hərbi qulluqçuları tərəfindən hərbi xidmətə çağırış proseslərinin müasir dövrün tələblərinə uyğun olaraq təşkili, Silahlı Qüvvələrin keyfiyyətlə komplektləşdirilməsi,  normativ hüquqi aktların tələbləri kimi aktual mövzulara dair mühazirələr dinlənilib.

Keçirilən tədbirlərdə təqdim edilən mövzular barədə konkret məsələlər təhlil edilib və qarşıda duran vəzifələr barədə tövsiyələr verilib.

Sonda mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.

Ağstafa