Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək

Tarix: 2023-03-28 14:17:27

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 13 aprel 2023-cü il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Lənkəranda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 11 aprel 2023-cü il tarixədək adları qeyd olunan rayonlarda SHXÇDX-nin yerli struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az)  müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Ağstafa