Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizə mövzusunda təlim keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizə mövzusunda təlim keçirib

Tarix: 2023-04-28 16:33:45

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhərində yerləşən yerli struktur bölmələri əməkdaşlarının potensialının inkişaf etdirilməsi və ixtisaslarının artırılması məqsədilə təlim keçirilib. Təlimdə “Korrupsiyanın qarşısının alınması. Korrupsiya ilə bağlı hüquqpozmalara görə məsuliyyət” və ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi” adlı mövzular əhatə olunub.                                                                                                            
26-28 aprel 2023-cü il tarixlərdə Xidmətin Bakı şəhəri Nizami rayon idarəsində keçirilmiş təlimdə SHXÇDX Aparatının Kadrlar və kadr hazırlığı baş idarəsi və Təşkilati nəzarət baş idarəsinin məsul əməkdaşlarının mühazirələri dinlənilib. 

Mühazirəçilər tərəfindən təqdim edilən zəruri məlumatlarla yanaşı, həmçinin Xidmət rəisi tərəfindən şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələr iştirakçıların diqqətinə çatdırılıb. 

Sonda təlimin mövzularına dair aktual məsələlər müzakirə edilib,  dinləyicilərin sualları cavablandırılıb.

Ağstafa