Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbulla bağlı müraciət edən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

 

  1. Zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunurlar:
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndləri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 0.3-cü, 41.0.6-cı, 41.0.7-ci yarımbəndləri üzrə ehtiyata buraxılanlar istisna olmaqla) zabitlər;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin “Ehtiyat zabit hazırlığı kursu”nu keçərək zabit rütbəsi alan hərbi vəzifəlilər;
  • Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və xarici ölkələrdə (təhsil haqqında sənədi müvafiq qaydada tanınan) ali təhsilini (əsasən hərbi, hüquq, pedaqoji, texniki (riyaziyyat, fizika, informasiya texnologiyaları) və həkim ixtisasları üzrə) tam başa vurmuş hərbi vəzifəlilər.

 

  1. Gizirlərin həqiqi hərbi xidmətinə qəbul olunurlar:
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş ehtiyatda olan (Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndləri və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 0.3-cü, 41.0.6-cı, 41.0.7-ci yarımbəndləri üzrə ehtiyata buraxılanlar istisna olmaqla) gizirlər;
  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu keçərək gizir rütbəsi alan hərbi vəzifəlilər;
  • Orta ixtisas (kollec) təhsili olan vətəndaşlar.

 

  1. Yuxarıda qeyd olunan bütün bəndlər üzrə namizədlər:
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş olmalı;
  • Fiziki cəhətdən sağlam və hazırlıqlı olmalı;
  • Müsabiqədən (test imtahanından) keçməli və fiziki hazırlıq üzrə normativləri verməli;
  • Cinayət məsuliyyətinə cəlb olunmuş olmamalı;
  • Kompüter proqramlarını (word, excell və s.) bilməli.
  • Həqiqi hərbi xidmətə qəbulun yaş həddi kişilər üçün 20 yaşdan 35 yaşadək, qadınlar üçün 19 yaşdan 40 yaşadək müəyyən olunur.
  • Kişilər üçün boy həddi minimal 170 sm, qadınlar üçün 160 sm müəyyən olunur.
  • Həqiqi hərbi xidmətə qəbul üçün müraciət edən namizədlər təyinat üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

 

Qeyd: Xidmətə qəbulla bağlı qeyd olunan şərtlərə uyğun gələn vətəndaşların namizədliyinə baxılacaq.

Hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 50 (əlli) manat məbləğində cərimə edilir.

Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə görə,  peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.

 Əyani təhsilalma formasında ali təhsil pilləsinin doktorantura səviyyəsində təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Xarici ölkələrdə təhsil alan vətəndaşlar həmin təhsil müəssisəsinin tərcümə və notarial qaydada təsdiq olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli baş idarə, idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində müvafiq qərar qəbul edilir.

Xarici ölkələrdə müvafiq elmi dərəcə almış vətəndaşlar xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müvafiq qaydada nostrifikasiyadan keçirilməsindən sonra çağırışdan azad edilmələri məsələsi ilə bağlı Xidmətin qeydiyyatda olduqları struktur bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılır.

Bununla yanaşı vətəndaşlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də xidmət yerləri barədə məlumat əldə edə bilərlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 22.1-ci maddəsinə əsasən, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci maddəsində göstərilən vətəndaşlar istisna olmaqla), əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar, barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar.

Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar. 

Müvafiq arayışların elektron qaydada əldə edilməsi üçün “Elektron hökumət” portalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qeydiyyatında olan vətəndaşlar www.e-gov.azwww.my.gov.az saytlarında elektron arayışlar bölməsinə daxil olmaqla “Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış” və “Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış” linkləri vasitəsi ilə qeyd olunan məzmunlu arayışlar əldə edə bilərlər. Müvafiq arayışın əldə olunması üçün vətəndaşdan “Elektron imza”, “Asan imza” və ya Elektron Hökumət Portalında qeydiyyatdan keçməklə istifadəçi adı və şifrəsi əldə etmək tələb olunur.

Əlavə olaraq vətəndaşlar “ASAN Xidmət” mərkəzlərinə və ya hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə şəxsiyyətini təsdiq edən sənədlə şəxsən müraciət edərək müvafiq arayışla təmin edilirlər.

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:

-        doğum haqqında şəhadətnamənin surəti;

-        ailə tərkibi haqqında arayış;

-        təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

-        təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

-        tərcümeyi-hal;

-        6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə (İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma) əsasən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə - otuz manat məbləğində cərimə edilirlər.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

Vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

Müharibə veteranı adı müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 

Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərar ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə  əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar, eləcə də 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular, həmçinin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilirlər.

Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti, dövlət orqanlarının və müvafiq hərbi hissənin vəsatəti ilə baxılır.

Şəxsin şəhid hesab edilməsi üçün tələb olunan sənədlər:

  • ölüm haqqında şəhadətnamə;
  • məhkəmə qətnaməsi;
  • hərbi hissənin arayışı.

Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar (həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır) əks edilir.

  • Gizir və zabit heyəti üçün: Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar    

                                            Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat       

                                            Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan

                                            Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi

                                            Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji

                                            Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kadrlar idarəsi;

  • Əsgər, matros və çavuş heyəti üçün: hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi

                                            Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli                                               

                                            baş idarə, idarə, şöbə və bölmələri;

  • Mülki vətəndaşlar üçün:     rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla

                                            təsdiq olunur.

 

Həmin arayış əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli struktur bölmələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir. 

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli 697 nömrəli Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən aşağıdakılar şəhid hesab edilirlər:

- 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;

- 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;

- Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

- Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

 

Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

  • arvadı (əri);
  • valideynləri;
  • 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş18 yaşından yuxarı əlilliyi olan övladları (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək);
  • qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar (əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasındatəhsil aldıqda 23 yaşa çatanadək);
  • babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

 

 

Ağstafa